İranın cavabı sərt olacaq - Səfir



 09:57 02.04.2024     275

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib ki, ölkəsi İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumuna "tez, birbaşa və sərt" cavab verəcək.

Demedia.az xəbər verir ki,  bu  barədə o,  jurnalistlərə açıqlamasında deyib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın Dəməşq səfiri Əkbəri bildirib ki, İsrail F-35 döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyinin binasındakı konsulluq binasını hədəf alıb. Hücum zamanı aralarında diplomat və hərbi müşavirlərin də olduğu ən azı 5 nəfərin öldüyünü ifadə edən Əkbəri, dağıntıların təmizlənməsi işlərindən sonra həyatını itirənlərin dəqiq sayı və adlarının açıqlanacağını bildirib.

Bahadur Seyidov