ABŞ və İsrail arasında gizli kəşfiyyat memorandumu narahatlıq doğurur
“Wall Street Journal” (WSJ) qəzeti ABŞ və İsrail arasında kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq üçün əldə edilən gizli razılaşmanın Vaşinqton administrasiyasının Qəzzada dinc insanların ölümünə töhfə verdiyinə dair narahatlıqların artmasına səbəb olduğunu bildirib.
Demedia.az xəbər verir ki, WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında gizli razılaşma əldə edildiyini bildiriblər. Eyni dövrdə ABŞ-nin Qəzzaya qarşı kəşfiyyat fəaliyyətini artırdığı qeyd edilib.
Səlahiyyətlilər məxfi memorandum çərçivəsində paylaşılan məlumatların beynəlxalq hüquq normalarına uyğun və mülki əhali arasında tələfat və ya infrastruktura ziyan vurmayacaq şəkildə istifadə edilməsi lazım olduğunu bildirsələr də, bunun hansı məqsədlə və hansı istiqamətdə olduğunu təsdiqləmək mümkün deyil. İsrail ABŞ-dən aldığı kəşfiyyat məlumatlarından istifadə edib. Bu, ABŞ-nin Qəzzada dinc əhalinin itkisinə səbəb olan İsrail hücumlarına töhfə verməsi ilə bağlı narahatlıqları artırır.
İsrailin əldə etdiyi kəşfiyyat məlumatlarından necə istifadə etdiyini bilmək çətindir
ABŞ rəsmiləri kəşfiyyat məlumatlarının verilməsinin əsas məqsədinin HƏMAS-ın əlində olan girovları xilas etmək və İsrailə qarşı mümkün hücumların qarşısını almaq olduğunu müdafiə edib.
İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, İsrail ordusunda 30 illik xidmətində İsrail və ABŞ arasında kəşfiyyat və hərbi əməkdaşlıq səviyyəsi heç vaxt bu qədər yüksək olmayıb.
Bahadur Seyidov