Ukraynalı nazir: Ruslar buna görə bizdən üstündür



 11:25 02.04.2024     257

Ukrayna 2024-cü ildə uzun mənzilli dronların istehsalını ötən illə müqayisədə 10 dəfə artıracaq.

Demedia.az xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov “Welt”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya neftayırma zavodlarına hücum edən pilotsuz təyyarələrin əksəriyyəti 700-1000 km uçuş məsafəsinə malikdir, lakin indi 1000 km-dən çox uça bilən modellər var:

Nazir hesab edib ki, hərbi əməliyyatların nəticəsi pilotsuz texnologiyaların inkişafından asılıdır:

 "Lakin texnoloji müharibədə kimin qalib gəldiyini hələ demək mümkün deyil - bəzi sahələrdə biz qalib gəlirik, digərlərində ruslar bizdən üstündür”.

Bahadur Seyidov