Təl-Əviv administrasiyası diplomatik nümayəndəliklərində həyəcan siqnalı verib



 11:43 02.04.2024     261

İran İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan briqada generalı Məhəmməd Rza Zahidinin Suriyanın Dəməşq şəhərində İran konsulluğunun binasına hava hücumu nəticəsində həlak olmasından sonra İsrailin diplomatik missiyalarında həyəcan təbili çaldığı açıqlanıb.

Demedia.az xəbər verir ki, Zahidinin Suriyadakı hava hücumunda həlak olmasından sonra Təl-Əviv administrasiyası diplomatik nümayəndəliklərində həyəcan siqnalı verib.Bildirilib ki, İsrail təhlükəsizlik orqanları hesab edir ki,  İran Dəməşqdəki hücuma cavab olaraq İsrailin dünyadakı diplomatik nümayəndəliklərinə hücum edə bilər. Qeyd edək ki, Suriyada digər hücumlarda olduğu kimi, Təl-Əviv administrasiyası İranın Dəməşqdəki konsulluğunun binasına edilən hücumun məsuliyyətini rəsmi olaraq üzərinə götürməyib.

Bahadur Seyidov