BMT Şifa xəstəxanasındakı vəziyyəti araşdırmaq üçün missiyanın təyin olunacağını açıqlayıb
Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzada Şifa xəstəxanasına basqın etməsindən sonra vəziyyəti araşdırmaq üçün missiyanın təyin olunacağını açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik açıqlama verib. İsrail ordusunun xəstəxanadan çıxması xəbərini izlədiklərini ifadə edən Dujarrik, həmkarlarının missiyaya başlamaq üçün lazımi təhlükəsizlik zəmanətini gözlədiklərini ifadə edib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesusun sözlərinə görə, Dujarrik vəziyyətin pis olduğuna diqqət çəkib və komandanın ən qısa zamanda bölgəyə gedəcəyini bildirib.
Bahadur Seyidov