İsrail BMT-nin bu təşkilatının bağlanmasını istəyir
İsrail Birləşmiş Millətlər Təşkilatına Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bağlanması üçün müraciət edib.
Demedia.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin BMT rəsmilərinə əsaslanaraq hazırladığı xüsusi xəbərə görə, İsrail müraciəti ötən həftə edib. Müraciət İsrailin Baş Qərargah rəisi Herzi Halevi tərəfindən edilib. İsrail Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bağlanmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyir.
İsrail öz ərizəsində təşkilatın 300-400 əməkdaşının BMT-nin Ümumdünya Ərzaq Proqramı kimi qurumlarına və ya yeni yaradılmış quruma köçürülməsini də istəyib.
Bahadur Seyidov