İmamoğludan Süleyman Çakır ilə seçki qələbəsindən sonra...



 14:30 02.04.2024     192

Təəccüblü nəticələrin şahidi olan 31 Mart Yerli Seçkilərdə İBB sədri Əkrəm İmamoğlu Xalq Alyansının İstanbul namizədi Murat Kurumu geridə qoyaraq qələbəsini elan etdi.

Demedia.az  xəbər verir ki, İmamoğlu 51,14 faiz səs toplasa da, Murat Kurum yüzdə 39,59 səslə qalıb.Seçki qələbəsindən sonra İmamoğlunun TikTok hesabından “İstanbulla anlaşırıq” qeydi ilə video paylaşılıb. Videoda İstanbulun havadan görüntüləri ilə yanaşı, Kurtlar Vadisi serialının personajlarından olan Süleyman Çakırın səsindən və cizgilərindən istifadə edilib.