Anesteziya uşaqlara zərərlidir? - Video
Uşaqlara cərrahi əməliyyat təyin edildikdə valideynlər tərəfindən bizə, uşaq cərraharına bir çox suallar verilir.
Bu suallardan ən çox verilənlər aşağıdakılardır: - Uşağımıza ümümi anesteziya ( narkoz ) veriləcəkmi? Bu əməliyyat planlaşdırılan uşaqların valideynləri tərəfindən bizə ən çox ünvanlanan sualdır. Cavabımız bəli, uşaqlarda icra edilən əməliyyatlar ümumi anesteziya altında həyata keçirilir. Adətən valideynlər uşaqlarına anesteziya verilməsindən narahat olur. Qeyd etmək istəyirik ki, uşaqlara anesteziya uşaq anesteziyası sahəsində təcrübəsi olan anestezioloqlar tərəfindən verilir. Əməliyyatdan öncə anestezioloq valideynlərindən uşağın sağlamlığı, keçirtdiyi əməliyyatlar, xəstəliklər və s. barəsində məlumat alır, risk faktorlarını müəyyən edərək onların aradan qaldırılması yaxud azaldılması üçün tədbirlər görür. Belə olan halda anesteziya uşaqlar üçün təhlükəsizdir.
Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az