Piramida fırıldaqçılığı nədir? - Bu səhvi qətiyyən etməyin! - Video
Uzun illərdir ki, asan qazanc növü kimi insanlara müxtəlif adlarla təqdim olunan bu cür variantlar bütün dünyada milyonlarla insanın külli miqdarda vəsaitinin mənimsənilməsi ilə nəticələnib.
Son olaraq isə ölkəmizdə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən bu cür mütəşəkkil cinayətkar dəstənin üzvlərini ifşa ediblər. lk olaraq, şirkət sizə investisiya qoymağınız müqabilində müəyyən faizdə gəlir təklif edir. Tək şərt özünüzlə bərabər başqalarını da gətirməkdir. Siz pulu qoyursunuz, sizə vəd edilən yüksək faiz isə gətirdiyiniz insanların qoyduğu pulla ödənilir. Onların faizləri isə gətirdikləri adamların... və beləcə davam edir. Əslində, model gəlirlidir və uzun müddətdə böyük pullar qazanmaq mümkündür.
Tanınmış vəkil Vamiq Şükürov öz "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib.
Demedia.az həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az