APREL DÖYÜŞLƏRİ - ZƏFƏRƏ APARAN YOL



 17:57 02.04.2024     155

Bakı Dövlət Universitetinin (BDU) “Zəfər tarixi” lektoriyasında Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü qeyd olunub. 

Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək, Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbənin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirdiyini, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini deyib.

Fakültənin sosial məsələlər üzrə dekan müavini Samir Mirzəyev fakültədə qazilərlə görüşlərin ənənə halını aldığını, belə tədbirlərin tələbələrdə milli vətənpərvərlik ruhunun yüksəlməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

Daha sonra 2016-cı il Aprel döyüşlərinin qazisi Hikmət Məmmədov və Vətən müharibəsi iştirakçısı, jurnalist, ssenarist İlham Tumas keçdikləri döyüş yolundan və həmin günlərin, eyni zamanda 30 ilin qisasının artıq alındığını, Azərbaycanın qalib statusu ilə dünyaya tanındığını qeyd ediblər. Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması başa çatıb.

AYSUN 

1

1