Qəzzada 6 mindən çox şagird həlak olub



 10:23 03.04.2024     260

Qəzza zolağında müharibə başlayandan bəri 6050 fələstinli tələbənin həyatını itirib.

Demedia.az xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-dən bu yana  Qəzzada 6 min 50 şagird həlak olub,  10 min 219 şagird isə yaralanıb.

Açıqlamada Qəzza zolağında 5 min 994, İordan çayının qərb sahilində 56 şagirdin həyatını itirdiyi, Qəzza zolağında 9 min 890, İordan çayının qərb sahilində isə 329 şagirdin yaralandığı, 105 şagirdin isə yaralandığı vurğulanıb.

Bahadur Seyidov