Türkiyənin 2 yeni yerli elektrikli avtomobili tanıdılıb
“Joyce Electric Vehicle Technologies” tərəfindən hazırlanmış yeni yerli elektrik avtomobil modelləri təqdim edilib.
Demedia.az xəbər verir ki, Türkiyənin yeni yerli elektrik avtomobil sənayesində əhəmiyyətli bir inkişaf var. “Agrotech” şirkəti “Joyce Electric Vehicle Technologies”in səhmlərinin 75 faizini satın alaraq avtomobil sənayesində diqqətəlayiq bir addım atıb. Bu satınalma ilə Türkiyənin 100 faiz yerli istehsal olan mühərrik, akkumulyator və elektron sistemlərə malik elektrik avtomobilləri istehsal edəcəyi açıqlanıb.
“Joyce Electric Vehicle Technologies” tərəfindən hazırlanmış bu yeni yerli elektrik avtomobilləri oktyabrın 29-da satışa çıxarılacaq. Sedan modeli 699 min TL, kommersiya modeli isə 1 milyon 199 min TL qiymət etiketi ilə satışa çıxarılacaq. İllik 200 min ədəd istehsal gücünə sahib olacaq fabrik Tekirdağda qurulacaq.
Bahadur Seyidov