ABŞ-yə gedən təyyarə  bu səbəbdən eniş etdi – Sərnişinlər hotellərdə qaldılar



 11:18 03.04.2024     250

ABŞ-nin“United Airlines” aviaşirkətinin Frankfurtdan San-Fransiskoya uçan “Boeing” təyyarəsində “tualet böhranı” yaranıb.

Demedia.az xəbər verir ki, cümə günü axşam havaya qalxdıqdan dərhal sonra tualetin nasazlığı və daşmasından sonra “Boeing 777” təyyarəsinin salonu "nəcis iyi" ilə dolub. Nəcis tualetin çənindən sızaraq kabinəyə yayılıb.

Problemi həll etmək mümkün olmadığından təyyarə okeanı keçərək yoluna davam etmək əvəzinə havaya qalxdığı Almaniyaya qayıdıb. Aviaşirkətin təyin etdiyi hoteldə gecələyən sərnişinlər ertəsi gün başqa təyyarə ilə ABŞ-yə gediblər.

Bahadur Seyidov