Qəzzaya göndərilən yardım geri qaytarıldı
Kipr adasından gəmilərlə Qəzzaya göndərilən 240 ton humanitar yardım geri qayıdıb.
Demedia.az xəbər verir ki, İsrailin hücumunda “World Central Kitchen” yardım təşkilatının 7 üzvünün həlak olması səbəbindən çatdırılmadan geri qaytarıldığı bildirilib.
Cənubi Kipr mətbuatında yer alan xəbərə görə, Rum Xarici İşlər Nazirliyinin sözçüsü Teodoros Qotsis, Larnaka limanından Qəzzaya göndərilən 240 ton yardımın gəmilərlə Kiprə qaytarıldığını qeyd edib.
Qeyd edək ki, İsrailin dünən Qəzzanın Deyr əl-Belah bölgəsinə etdiyi hücumda beynəlxalq yardım təşkilatı WCK-nın əməkdaşları həyatını itirib.
Bahadur Seyidov