Uşaqlar ən çox bu yerlərdə  vaxt keçirmək istəyir - Araşdırma



 10:59 03.04.2024     245

Böyük Britaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, ölkədəki uşaqların dörddə üçündən çoxu təbiətdə daha çox vaxt keçirmək istəyir.

Demedia.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Bildirilib ki, İngiltərə və Şotlandiyada təbii irsin qorunması ilə məşğul olan “National Trust” təşkilatı ilə birlikdə fevral ayında  “Censuswide” tərəfindən keçirilən sorğuda 7-14 yaş arası 1000 uşaq və 1000 valideyn iştirak edib. İ Sorğuda iştirak edən uşaqların 76 faizi təbiətdə daha çox vaxt keçirmək istədiklərini, 56 faizi isə təbiətə daha yaxşı çıxış istədiklərini bildirib.

Bahadur Seyidov