Bu ölkədə yenidən zəlzələ baş verdi



 13:45 03.04.2024     172

Türkiyənin Malatya bölgəsində yenidən zəlzələ olub.

Demedia.az xəbər verir ki, Malatyanın Doğanşehir rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

9 Kilometrlər dərinlikdə yaşanan zəlzələ Qaziantep, Adıyaman, Şanlıurfa və Kahramanmaraş kimi vilayətlərdə də hiss olunub. Zəlzələdən sonra bəzi vətəndaşların evlərini və iş yerlərini tərk edərək açıq ərazilərə getdiyi görülüb.

Aysun / Demedia.az