Ərdoğan onu təbrik etdi



 15:41 03.04.2024     183

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Düzce Bələdiyyə Başçısı seçilən Faruk Özlüyə zəng edərək təbrik edib.

Demedia.az  xəbər verir ki, Özlü daha yüksək səs toplamaq istədiyini dilə gətirəndə Ərdoğan, "Narahat olmayın, qələbə böyük və ya kiçik ola bilməz. Qələbə zəfərdir" cavabını verib.

Namizəd səslərin 40,22 faizini alıb.

Faruk Özlünü telefonla təbrik edən prezident Ərdoğan deyib: "İşim var, səfərlərim var. Amerikadan və Səudiyyə Ərəbistanından qayıdanda inşallah qalib vilayətlərimizi ziyarət edəcəm".

Aysun / Demedia.az
.