İbrahim Tatlısəslə bağlı daha bir XƏBƏR



 16:00 03.04.2024     388

Bazar günü keçirilən seçkilərdən sonra aprelin 1-də paylaşım edən İbrahim Tatlısəs evləndiyini açıqlaması ilə diqqət çəkib.

Demedia.az xəbər verir ki, Tatlısəs həmin açıqlamsı ilə bağlı danışıb.

Tatlısəs aprelin 1-də etdiyi paylaşımda "Seçkidə uduzdum, evlənirəm. Hamıya salamlar olsun. subaylar, mən evlənirəm”, - deyə qeyd edib. 

Evləndiyi xəbəri ilə adından söz etdirən sənətçi yeni paylaşımında zarafat etdiyini bildirib: “Dostlar, mənim mesaj göndərdiyim tarix nə 1 aydır, nə də aprel... Nədir ikisinin cəmi?!".

Aysun / Demedia.az