İkardinin Ali Koça cavabı: "Cavab verməliyik"



 16:22 03.04.2024     252

Superliqa nəhəngi "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi 1:0 hesabı ilə qalib gəldikləri "Hatayspor"la matçdan sonra bir çox açıqlamalar verib.

Demedia.az  xəbər verir ki/, argentinalı ulduz matçla bağlı bunları deyib:

"Əhəmiyyətli bir qələbə oldu. Çox yaxşı oynamadıq, amma rəqibdən üstün idik. Qol və qələbəyə görə sevinirəm. Oyundan əvvəl klub və prezidentimiz haqqında bəzi şərhlər eşitdik. Biz dürüst bir klubuq. Əlimizdən gələni edəcəyik. Bizə hücum olanda cavab verməliyik".

Aysun / Demedia.az