Yeni "iPad Pro"nu gözləyənlər! - Yaxşı xəbər var



 20:02 03.04.2024     611

Apple-ın yeni iPad Pro və iPad Air cihazları gözləniləndən bir qədər gec gələcək.

Demedia.az xəbər verir ki, martın əvvəlində Apple-ın yeni iPad və MacBook-ları təqdim edəcəyi xəbəri var idi və bunun yalnız ikinci hissəsi həyata keçirildi. Şirkət iki yeni MacBook Air cihazını təqdim etməklə kifayətləndi.

İndi Bloomberg-dən Mark Qurman deyir ki, Apple mayın əvvəlində yeni iPad Pro və iPad Air cihazlarını təqdim etməyi planlaşdırır.

Xəbərə görə, yeni iPad Pro modelləri OLED ekranla, iPad Air isə ilk dəfə 12,9 düymlük modellə satışa çıxarılacaq. İndiyədək iPad Air yalnız 10,9 düymlük ekranla satışda idi.

Apple bu ilin əvvəlində sıx bir il keçirsə də, fevralda Vision Pro qarışıq reallıq eynəklərini və martda yeni MacBook Air cihazlarını təqdim etdi, xatırladaq ki, uzun müddətdir yeni iPad görmürük. iPad Pro sonuncu dəfə 2022-ci ilin oktyabrında, iPad Air isə sonuncu dəfə 2022-ci ilin martında yenilənib.

Yeni iPad Pro və iPad Air-in daha sürətli prosessorlar və təkmilləşdirilmiş aksessuarlarla təchiz ediləcəyi gözlənilir. Bu aksesuarlara iPad Pro üçün yeni Magic Keyboard və Apple Pencil daxildir.

Bəzi iddialara görə, yeni iPad Pro modelləri indiki modellərdən daha nazik olacaq və tutqun ekran variantı ilə satışa çıxarılacaq.

Qurman bildirir ki, Apple mart ayında yeni iPad məhsullarını təqdim etməyi planlaşdırırdı, lakin şirkət yeni ekranların istehsalının mürəkkəbliyi və proqram təminatı ilə bağlı bəzi gecikmələr səbəbindən bunu təxirə saldı.

Aysun / Demedia.az