İdman edərkən yayılan videosu gündəm oldu: "Kim deyər ki, 47 yaşı var..."
İtaliyada iş adamı Nazım Akmandillə ailə quran Burcu Esmersoy sosial mediadan aktiv istifadə edən adlar arasındadır.
Demedia.az xəbər verir ki, sağlam həyat tərzi və fit görünüşü ilə diqqət çəkən aparıcı bu yaxınlarda yayımladığı idman videosu ilə də trend mövzusuna çevrilib. Esmersoy pərəstişkarlarından minlərlə bəyənmə və şərh alıb.
47 yaşlı aparıcı məşq videosunda bu qeydi yazıb və gündə cəmi 30 dəqiqənin formada olmaq üçün kifayət edəcəyini bildirib:
"Bu, çox sadə, lakin çox təsirli və maksimum 30 dəqiqə davam edən və “həftə sonu, bayram, vaxt yoxdur” kimi bəhanələrə yol verməyən məşqdir; İstiləşmə hərəkətləri 10 təkrar, Qol hərəkətləri 15 təkrar, Ayaq hərəkətləri 15 təkrar, Qarın hərəkətləri 20-30 təkrar təkrarlana bilər.Video yoxdur, amma məşqi gərmə ilə bitirmək çox tövsiyə olunur".
Esmersoyun paylaşımı qısa müddətdə 10 mindən çox bəyənmə toplasa da, "47 yaşı olduğuna inana bilmirəm", "Fiziki mükəmməldir", "Çox sağlam görünür", "Afərin, edəcəyəm" kimi şərhlər yazılıb.
Aysun / Demedia.az