46 illik evliliyi bir gecədə bitdi: Həyat yoldaşı, qızı və nəvəsi dünyasını dəyişdi



 22:05 03.04.2024     636

Kahramanmaraşda baş verən zəlzələ zamanı yaşlı qadın sevimli əri, qızı və nəvəsi ilə birlikdə hər şeyini itirib.

Demedia.az xəbər verir ki, Kahramanmaraşda yaşayan 67 yaşlı Nebahat Paçalanın fevralın 6-da yaşadıqları bina zəlzələ zamanı uçub, dağıntılar altında qalıb. Yaşlı qadın yarım əsrə yaxın evli olduğu əri Nail Paçalanı itirib.

Qızı Rəna və nəvəsi Bengisu Karanı, eləcə də həyat yoldaşını itirdiyini bildirən yaşlı qadın keçdiyi çətin günlərdən danışıb:

"İndi hər şey bitdi. Qızımın yaşayış binası uçub, qızım və nəvəm dünyasını dəyişib. Çox səyahət etdim, zəlzələdən sonra Yozgata, Bandırmaya getdim, amma burada dostlarımız olduğu üçün qayıtdıq. Həyat yoldaşım yaxşı dövlət xadimi idi. Yaxşı həyat yaşadıq. Zəlzələ evliliyimizi və həyatımızı bitirdi. Mən indi dəqiq bir şey düşünə bilmirəm".

Aysun / Demedia.az