Heç yerdə belə ayaqqabılar görməmisiz...
Sakaryanın Akyazı rayonunda 59 ildir ayaqqabı təmiri və istehsalı ilə məşğul olan 75 yaşlı Alaattin Uzun 44 ölçü ilə başlayan və 2 millimetrə qədər kiçilən miniatür ayaqqabı dizaynları ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir.
Demedia.az xəbər verir ki, Akyazı rayonunda 22 kvadratmetrlik sahədə 59 ildir ki, çanta, ayaqqabı, çəkmə və dəri palto rəngləmək, təmir etmək, fermuar çəkməklə məşğul olan 75 yaşlı Alaattin Uzun hobbi olaraq boş vaxtlarında miniatür ayaqqabılar tikməyə başlayıb.
Onun iynə ucu ilə hazırladığı, 44 ölçüdən başlayaraq 2 millimetrə qədər kiçiltdiyi miniatür ayaqqabı dizaynları görənləri heyran edir. Peşəsində heç bir təhsil almayan və ustası olduğunu deyən 75 yaşlı Uzun dizayn etdiyi mini ayaqqabılarla Ginnesin Rekordlar Kitabına düşmək istəyir.
Daha ətraflı videoda:
Aysun / Demedia.az