Tülkünün toyuq ovu kameraya düşdü - VİDEO



 23:09 03.04.2024     622

Amasyada 6 toyuq və 2 xoruzu öldürən tülkü kameralara tuş gəlib.

Demedia.az xəbər verir ki, ac tülkü gecə saatlarında Amasyanın Çakallar mahalının mərkəzinə gedərək bir evin bağçasına girib.

O, bağdan tapdığı 6 toyuq və 2 xoruzun boğazını sıxaraq öldürüb. Sonra ovlarını yeyib. Həmin anlar evin təhlükəsizlik kamerasına da saniyə saniyə əks olunub.

Aysun / Demedia.az