Avtomobili saxlaya bilmədi, nəticədə baş verənlər... - ANBAAN VİDEO



 23:48 03.04.2024     739

Türkiyədə gözlənilməz qəza hadisəsi yaşanıb.

Demedia.az xəbər verir ki, Esenlerdə sürücüsü sükan idarəetməsini itirən yük maşını təpədən enərkən park edilmiş avtomobillərə çırpılıb. Maşını və motosikleti qabağına sürüyən yük maşını məktəbin darvazası qarşısında dayanmış nəqliyyat vasitəsinə çırpılaraq dayanıb.

Motosiklet sürücüsünün yaralandığı, 10 avtomobilin zədələndiyi qəza anı təhlükəsizlik kameralarına düşüb.

Qəza saat 12:00 radələrində Doqquz Hatun məhəlləsi 163-cü küçədə baş verib. Əldə edilən məlumata görə, sürücüsü sükan idarəetməsini itirən 16 ALU 721 nömrə nişanlı yük maşını dayanmış avtomobillərə çırpılıb.

Aysun / Demedia.az