Cənubi Koreya iki rusiyalı iş adamı və onların şirkətlərinə qarşı sanksiya tətbiq edib



 23:56 03.04.2024     261

Cənubi Koreya Şimali Koreyaya silah istehsalında köməklik göstərdiyi güman edilən iki rusiyalı iş adamı və onların şirkətlərinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Demedia.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi rusiyalı iş adamlarına qarşı sanksiyalarla bağlı açıqlama verib. Nazirlik sanksiya siyahısına “İntellekt” MMC-nin sədri Sergey Mixayloviç Kozlov, “Sodeistvie”nin sədri Aleksandr Fyodoroviç Panfilov və bu iki şirkətin daxil edildiyini açıqlayıb. Moskva ilə Pxenyan arasında hərbi texnika daşıyan “Lady R” və “Angara” adlı Rusiya gəmilərinə də sanksiyaların tətbiq ediləcəyi açıqlanıb.

Bahadur Seyidov