Antonio Tajani Fələstinin baş nazirini Romaya dəvət edib



 23:58 03.04.2024     300

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani telefonla danışdığı Fələstinin baş naziri Məhəmməd Mustafanı Romaya dəvət edib.

Demedia.az xəbər verir ki, Tajani bildirib ki, İtaliya atəşkəs mövzusunda qərarlıdır. İtaliyanın ANSA agentliyinin xəbərində Tacaninin Qəzzada sülh üçün nələr edilə biləcəyi ilə bağlı telefon əvəzinə üz-üzə danışmaq üçün Mustafanı Romaya dəvət etdiyi qeyd edilib.

Bahadur Seyidov