Belçika Fələstin dövlətini tanımalıdır - Açıqlama
Belçika baş nazirinin müavini Petra De Sutter bəyan edib ki, ölkəsi Fələstin dövlətini tanımalıdır.
Demedia.az xəbər verir ki, De Sutter İspaniyanın Fələstin dövlətini tanımağı planlaşdırdığını xatırladıb və ölkəsinin də eyni addımı atması lazım olduğunu bəyan edib. “Biz müstəqil Fələstin dövlətini və onun Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün yeni cəhdini rəsmən tanımalıyıq” deyən De Sutter, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququndan istifadə etməli olduğunu vurğulayıb.
Bahadur Seyidov