Stoltenberq İsrailin yardım təşkilatı işçilərini hədəf alan hücumunu pisləyib



 23:20 03.04.2024     259

NATO-nun baş katibi Yens Stoltenberq İsrailin Qəzzada humanitar yardım təşkilatı “World Central Kitchen” işçilərini hədəf alan hücumunu pisləyib.

Demedia.az xəbər verir ki, Stoltenberq Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısından sonra jurnalistlərə açıqlama verib. Qəzzada baş verənlərin humanitar fəlakət olduğunu bildirən Stoltenberq, "Əzab-əziyyət görürük, dinc insanların öldürüldüyünü görürük, yardım işçilərinə hücumu da gördük, hücumu qınayıram. Birləşmiş Krallıq, ABŞ və bir çox digər müttəfiqlərin atəşkəsə nail olmaq üçün səylərini alqışlayıram” deyə bildirib.

Bahadur Seyidov