Blinken: “NATO daha böyükdür”



 09:48 04.04.2024     258

“NATO həmişəkindən daha güclü, daha böyükdür”.

Demedia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Alyansın 75-ci ildönümündə  deyib.

Blinken NATO-nun əhəmiyyətinə və çətin anlarda birlik olaraq möhkəm dayana bilmə qabiliyyətinə malik olduğunu deyib:

“Bizim ittifaqımız indi əvvəlkindən daha güclü, daha böyük və birləşib”.

NATO Baş katibi Yens  Stoltenberq Ukraynaya dəstəyin artırılması yollarının müzakirə edildiyini ifadə edərək, ABŞ-nin Ukraynaya dəstəkdə lider ölkə olmağa davam etməsini təmin etmək öhdəliyinə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri iyulda keçiriləcək sammitə hazırlıq, Ukraynaya yardımın davamlı olması və artırılması, NATO-nun 75 illiyini qeyd etmək üçün Brüsseldəki qərargahda bir araya gəlib.

Bahadur Seyidov