Fələstinli yetimin məktubu Baydenə verilib
Fələstin əsilli amerikalı həkim Thaer Əhməd ABŞ prezidenti Co Bayden rəhbərliyi ilə keçirilən zirvəyə etiraz edərək ərazini tərk edib.
Demedia.az xəbər verir ki, ABŞ-nin tanınmış media qurumlarından biri olan CNN-in məlumatına görə, Əhməd çərşənbə axşamı vitse-prezident Kamala Harris və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan, həmçinin Baydenin də daxil olduğu iclası tərk edib.
Əhməd Qəzzada çalışan yardım işçilərini qorumaq üçün daha çox iş görülməli olduğunu bildirib və bunları Baydenə çatdırdığını bildirib: “Qəzza yaşayış üçün yararsız hala düşüb. Oradan heç nə qalmayıb. Çox darısqal ərazidə məktəb yoxdur və insanlar çadırlarda yaşayırlar. Görünür, Ağ Ev işə qarışmağa və həqiqətən də məsuliyyəti öz üzərinə götürməyə qərar verməyib”.
Bahadur Seyidov