Hindistanda 100 min inək tələf olub – Virus yayılıb
2022-ci ilin may ayında Hindistanda təxminən 100 min inək tələf olub.
Demedia.az xəbər verir ki, buna səbəb olan LSD virusunun mənşəyi və genetik quruluşunu araşdıran elm adamları 1800-dən çox genetik mutasiya aşkar ediblər. Tədqiqatın peyvənd inkişafı araşdırmaları üçün kritik əhəmiyyət kəsb etdiyi bildirilib.
Tədqiqatların sonunda ekspertlər biri əvvəlki yerli epidemiyaların ştammlarına, digəri isə 2015-ci ildə Rusiyada baş vermiş epidemiyanın ştammına bənzəyən iki əsas genetik variasiya müəyyən edib və ümumilikdə 1800-dən çox genetik mutasiya müəyyən ediblər.
Qeyd edək ki, ilk dəfə 1929-cu ildə Zambiyada aşkar edilən LSD virusu 1989-cu ilə qədər yalnız Afrika bölgəsində görülüb. Daha sonra Cənubi Asiya, Yaxın Şərq, Rusiya və digər cənub-şərqi Avropa ölkələrinə yayılmağa başlayan virus 2019 və 2022-ci illərdə Hindistanda iki epidemiyaya səbəb olub.
LSD virusunun yaratdığı viral infeksiya olan topaqlı dəri xəstəliyi milçəklər və həşəratlar tərəfindən ötürülür. Qızdırma və dəri düyünlərinə səbəb olan xəstəlik inəklər üçün ölümcül ola bilər.
Bahadur Seyidov