İsmail Kartalın Livakoviçi niyə oynatmadığı məlum olub
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal "Adana Dəmirspor"a 4-2 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.
Demedia.az xəbər verir ki, qarşılaşmanı dəyərləndirən Kartal bunları deyib:
"Matça çox yaxşı hazırlaşdıq. İlk yarını qabaqda bitirmək istəsək də, sadə səhvə görə hissə 1-1 bitdi. Futbolçularla danışdıq, oyunu müzakirə etdik. Yaxşı futbol oynadıq, yaxşı mübarizə apardıq. Fərqli şəkildə qalib gəldik".
Təcrübəli məşqçi "Niyə Livakoviç yerinə İrfan Can Eğribayat oynadı sualına belə cavab verib:
"İlk 11-likdə kim var, ehtiyat oyunçular skamyasında kim var? Türk oyunçu sayına görə bu addımı atmalı olduq".
Aysun / Demedia.az