Türkiyə millisi 5 pillə gerilədi



 18:00 04.04.2024     211

FIFA 4 aprel 2024-cü il tarixinə dünya reytinqini yeniləyib. FİFA-nın rəsmi saytında dərc olunan reytinqdə Türkiyə 5 pillə geriləyib.

Demedia.az xəbər verir ki,FİFA dünya reytinqində 35-ci yerə yüksələn Türkiyə aprel yeniləməsi ilə 5 pillə geriləyib. Aypara-ulduzlu komanda apreldə 40-cı yerdə öz yerini tapıb.Siyahının ilk pilləsində Argentina 1-ci, Fransa isə 2-ci yerdə qərarlaşıb. Belçika 1 pillə yüksələrək 3-cü yerə, İngiltərə isə 4-cü yerə enib. Braziliyanın 5-ci yerdəki yeri dəyişməz qalıb.

Aysun / Demedia.az