100 milyard dollarlıq super kompüter... - Razılaşma əldə olundu



 20:28 04.04.2024     738

“Microsoft” və “OpenAI” şirkətləri 100 milyard dollara başa gələ biləcək və milyonlarla fərdi server çiplərindən istifadə edə biləcək görünməmiş superkompüter yaratmağı düşünür.

Demedia.az xəbər verir ki, ABŞ-da qurulması planlaşdırılan "Ulduz qapısı" adlı layihə, növbəti altı il ərzində bir sıra superkompüterlərin quraşdırılmasına yönəlmiş 5 fazalı planın mərkəzində olacaq. Planın 5-ci mərhələsi olan Stargate-in ən tez 2028-ci ildə tamamlanacağı düşünülür.

Həmçinin hər iki şirkətin rəhbərlərinin OpenAI-nin süni intellektini gücləndirəcək məlumat mərkəzi layihələri hazırladığı bildirilir. Mövzu ilə bağlı Microsoft-dan dəqiq açıqlama olmasa da, şirkətin sözçülərindən biri bildirir ki, Microsoft aparıcı AI infrastrukturunun yaradılmasında özünü sübut edib. OpenAI mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Əldə edilən məlumata görə, artıq OpenAI-a 13 milyard dollar sərmayə qoyan Microsoft-un Stargate layihəsinin əsas investoru olduğu düşünülür. Hal-hazırda, iki şirkət arasındakı razılaşmaya əsasən, OpenAI özünün generativ süni intellekt sistemi ChatGPT-ni idarə etmək üçün Microsoft-un məlumat mərkəzlərindən istifadə edəcək, Microsoft isə bunun müqabilində OpenAI texnologiyasını öz müştərilərinə satmaq hüququna malikdir.

Microsoft-dan verilən məlumata görə, şirkətin hazırkı strategiyası ondan ibarətdir ki, onun OpenAI ilə işləməyə diqqəti tədricən artacaq. Bəziləri həmçinin Microsoftun OpenAI üçün “İT departamentinə” çevriləcəyindən narahatlığını ifadə edirlər.

Belə bir superkompüter hələ görülməyib
Sözügedən superkompüter reallığa çevrilərsə, o, hazırda mövcud olan ən böyük məlumat mərkəzlərindən 100 dəfə baha olacaq. Layihə əslində qarşıdakı illərdə AI inkişaf etdikcə bu sektora ediləcək nəhəng investisiyaların xəbərçisidir.

Aysun / Demedia.az

Stargate-in hazırda Microsoft tərəfindən OpenAI-a təqdim edilən emal gücünü xeyli ötəcəyi gözlənilir. Bunun üçün bir neçə gigavat güc tələb olunacağı düşünülür. Hər iki şirkətin lazımi enerjini təmin etmək üçün nüvə enerjisi kimi alternativ enerji mənbələrinə müraciət etməyi müzakirə etdiyi də əldə edilən məlumatlar arasındadır. Təbii ki, bundan başqa, Stargate üçün tələb olunan server çiplərinin alınması superkompüterin qiymətinin bu qədər yüksək olmasının əsas səbəblərindən biridir.

Süni intellekt çiplərinə yüksək tələbat NVidia kimi yalnız bir neçə şirkətin bu bazarda üstünlük təşkil etməsinə səbəb olur, xüsusən son vaxtlar. OpenAI-nin baş direktoru Sem Altman da bu vəziyyətdən çox məmnun deyil. Bu səbəbdən Altman, bu ilin əvvəlində öz AI çipini istehsal etməyi planlaşdırdığını da bildirdi.

Çip dilemması Stargate layihəsinin həll edilməli olan problemlərindən yalnız biridir. Məlumata görə, Microsoft eyni vaxtda bir serverə daha çox GPU yerləşdirməyi, eyni zamanda bu çiplərin həddindən artıq istiləşməsinin qarşısını almalıdır.

Ulduz qapısının dəqiq harada qurulacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur.