Finlandiya Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb
Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada, "Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib” deyə bildirilib. Qeyd edək ki, Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.
Bahadur Seyidov