Kubela Stoltenberqə təşəkkür etdi
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, Rusiyanın ölkəsinə qarşı intensiv raket və pilotsuz uçuş aparatları hücumlarını davam etdirdiyini bəyan edərək, bu hücumların məqsədinin Ukraynanı xəritədən silmək ideologiyasına xidmət etdiyini bildirib.
Demedia.az xəbər verir ki, NATO Xarici İşlər Nazirləri Toplantısı üçün Belçikanın paytaxtı Brüsseldə olan Kuleba, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Kuleba və Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO-Ukrayna Şurasından əvvəl mətbuata birgə bəyanat veriblər.
NATO-nun 75-ci ildönümünü qeyd etdiyinə diqqət çəkən Kuleba, ölkəsinin aldığı yardıma görə Stoltenberqə təşəkkür edib.
Bahadur Seyidov