NATO ölkələrinin xarici işlər nazirləri Asiyadan olan həmkarları ilə görüşüblər
Brüsseldəki mənzil-qərargahında NATO Xarici İşlər Nazirləri Toplantısının sonuncu sessiyası işə başlayıb.
Demedia.az xəbər verir ki, NATO ölkələrinin xarici işlər nazirləri Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyadan olan həmkarları ilə görüşüblər. Sessiyada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell də iştirak edir. NATO-nun baş katibi Yens Stoltenberq açılış nitqində "Biz bilirik ki, təhlükəsizliyimiz regional deyil, qlobaldır.
Ukraynadakı müharibə bunu açıq şəkildə göstərir" deyə bildirib. Stoltenberq müharibənin davam etdirilməsində Rusiyanın Asiyada müttəfiqi saydığı Çin, Şimali Koreya və İranın dəstəyinin olduğunu bildirib.
Bahadur Seyidov