Lavrov Ukrayna ilə ədalətli razılaşmaya hazır olduqlarını bildirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə “yeni reallıqlar” əsasında və Rusiyanın təhlükəsizlik maraqlarına əsaslanan ədalətli razılaşmaya hazır olduqlarını bildirib.
Demedia.az xəbər verir ki, Lavrov paytaxt Moskvada xarici ölkələrin səfirləri ilə Ukrayna ilə bağlı görüş keçirib. Görüşdən sonra jurnalistlərə açıqlama verən Lavrov bəyan edib ki, Ukrayna məsələsi Qərbin uzun illər davam etdirdiyi hazırlıqlar nəticəsində yaranıb. Qərbin Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın 10 bəndlik sülh planına mümkün qədər çox ölkə daxil etmək üçün xüsusi olaraq çalışdığını qeyd edən Lavrov, bu planın Rusiyanın təslim olmasını və 1991-ci il sərhədlərinə qayıtmasını ehtiva edən ultimatum olduğunu bildirib.
Bahadur Seyidov