Gözlənilməz qəza: İdarə etməni itirən avtomobil...



 23:48 04.04.2024     737

İzmirdə bir avtomobilin minik avtomobili ilə yük maşınına çırpılaraq iş yerinin qarşısında dayanan 7 nəfərin üzərinə sürdüyü qəza təhlükəsizlik kamerasına düşüb.

Demedia.az xəbər verir ki, qəzada bir nəfərin ayağı sınıb, sürücü huşunu itirib.

Qəza dünən axşam saatlarında Bucanın Göksu məhəlləsi, 679-cu küçədə baş verib. İddiaya görə, xarici ölkə vətəndaşı Əhməd İ.-nin idarə etdiyi 35 BLS 053 nömrə nişanlı "Kia" markalı avtomobil sürətlə sürətlə hərəkət edərək əvvəlcə Yunus Emre Ö.-nin, daha sonra isə Levent Ç-nin idarə etdiyi 34 FAK 474 nömrəli avtomobilə dəyib. O, 35 AZT 994 nömrə nişanlı yük maşınına çırpılıb. Əhməd İ.-nin idarə etdiyi avtomobil zərbənin təsirindən sürüşərək iş yerinin qarşısında dayanan 7 işçi və müştərilərə çırpılıb. Avtomobilin zərbəsindən insanlar çölə tullanarkən, qəzanı görən vətəndaşlar zərərçəkənlərin köməyinə gələrək vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Qəzadan sonra avtomobilindən düşən Əhməd İ. bir müddət sonra yenidən avtomobilinə minib və bir şey aldıqdan sonra maşından düşəndə ​​huşunu itirib.

Aysun / Demedia.az