Öskürəyi keçmirdi, neçə dəfəm həkimə getdi... - Sonda nələr oldu



 19:00 05.04.2024     416

34 yaşlı gənc ana Ashley Vassallonun öskürək tutmaları 1 il əvvəl başlayıb.

Demedia.az xəbər verir ki, iİlk başlarda yüngülcə bezdirici olan öskürək tutmaları zamanla böhrana çevrildi. Vassallo boğazında qəribə bir hiss hiss etdi, sanki sinəsindən xırıltılı səs eşidirdi və udmaqda çətinlik çəkirdi. Tutmalara görə nə gülə, nə də yeyə bildi. Bir dəfə tutduqca dayanmayan qıcolmalar günün sonunda onu çox yorğunlaşdırıb və arıqlamasına səbəb olub.

Təxminən 20 dəfə həkimə müraciət edən Vassalloya həkimlər diaqnoz qoymayıb. Bununla belə, bədənində nəyinsə səhv olduğuna çox əmin idi. Siqaret çəkməyən və bütün hesablara görə çox sağlam həyat tərzi keçirən Vassallo, xoşuna gəlməsə də, ağciyərlərində problem olduğunu düşünürdü. Apardığı araşdırmalar nəticəsində şikayətlərini nəzərə aldı və əvvəlcə ağciyər xərçəngi ola biləcəyinə özünü inandırdı. İndi həkimləri inandırmaq vaxtı idi. İnandırma deyirik ona görə ki, Vassallo o günə qədər nə qədər həkimə getsə də, həkimlər ona heç nəyin olmadığını deyib evə göndərdilər. Ashley təcrübələrini aşağıdakı cümlələrlə təsvir etdi:

"Bir həkimin məni ciddi qəbul etməsi lazım olduğundan qat-qat çətin idi. Hər dəfə kömək istədikdə, məni kabinetdən çıxarıb gülürdülər. Diaqnoz qoyulmamışdan düz bir il əvvəl həkimə dedim ki, mən şübhələnirəm ağciyərimdə və ya boğazımda şiş ola bilər. Amma onlar buna məhəl qoymadılar və dedilər ki, mən bundan çox narahatam. Onlar mənə narahatlıq, astma, allergiya, pnevmoniya və s. diaqnozu səhv qoydular. Mən hiss edirdim ki, nəsə çox səhvdir, amma tibb ictimaiyyəti mənə bunun əksini dedi. Xoşbəxtlikdən, mən öz instinktlərimə inandım və təkid etdim. 

Aylarla davam edən yalvarışlardan sonra həkimlər nəhayət kompüter tomoqrafiyası sifariş verdilər və məlum oldu ki, Ashley dördüncü mərhələdə ağciyər xərçəngi keçir. Ona indi diaqnoz qoyulsa da, özünü müdafiə etmək yolu hələ bitməmişdi. Onun sağ ağciyəri 2023-cü ilin aprelində çıxarılıb və sonra vaxtaşırı immunoterapiya almağa başlayıb. Hazırda əvvəlkindən daha sağlamdır və müalicəsi davam edir.

Aysun / Demedia.az