Maşının altında qaldı, qəzanın şokundan ayağa qalxaraq yeriməyə davam etdi...



 23:09 05.04.2024     728

Ümraniyedə avtomobilin altında qalan 11 yaşlı uşaq qəzanın şokundan avtomobilin altından çıxıb və yeriməyə davam edib.

Demedia.az xəbər verir ki, qəza anı təhlükəsizlik kamerasına düşərkən, uşağı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Qəza aprelin 3-də saat 17.30 radələrində Ümraniyedə baş verib. Əldə edilən məlumata görə, küçə ilə hərəkətdə olan "Fıat Egea" markalı avtomobilin sürücüsü 11 yaşlı Yunus Emre Bozdemiri vuraraq əzib. Avtomobilin altında qalan uşaq bir müddət sürükləndi, sonra qəzanın şokundan qəfil maşının altından düşdü və yeriməyə davam etdi.

Sürücü vurduğu uşaqdan “Ağrı varmı?” deyə soruşdu. Uşaq “yox” dedikdən sonra maşınına minərək hadisə yerini tərk edib. Yaralı uşaq xəstəxanada müalicə alarkən, qəza anı təhlükəsizlik kamerasına düşüb. Kadrlarda hərəkətdə olan nəqliyyat vasitəsinin uşağı altına saldığı, uşağın qəzanın şokunda maşının altından çıxaraq uzaqlaşdığı, nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşdığı, daha sonra maşınına minərək uzaqlaşdığı görünür. .

Aysun / Demedia.az