4 qadından inanılmaz plan: "Mənə oxşayır, amma..."
Adanada üzlərini şərf və papaqlarla gizlədən 4 qadın yanğın nərdivanından istifadə edərək içəri daxil olaraq binanın 7-ci mərtəbəsindəki mənzildən 100 qram qızıl-zinət əşyaları oğurlayaraq qaçıblar.
Demedia.az xəbər verir ki, hadisə martın 24-də saat 07:00 radələrində Seyhan rayonu, Yenibaraj məhəlləsindəki yaşayış binasında baş verib. Üzlərini şərf və papaqlarla gizlədən 4 qadın Ateş Can A.-nın (32) evinin yerləşdiyi binanın yanğın merdivenindən 7-ci mərtəbəyə qalxıb.
Evə daxil olan 4 qadın yataq otağındakı komodinin çekmecesindən 100 qram qızıl-zinət əşyaları oğurlayaraq qaçıblar. Həmin anlar mənzilin təhlükəsizlik kamerasına əks olunarkən, geri qayıdanda qızıl-zinət əşyalarının oğurlandığını anlayan ev sahibi polisə xəbər verib.
Oğurluq və Cibgirlik Bürosu qrupları araşdırma başlatdı və görüntülərdən şübhəlilərdən birinin Sultan G. (39) olduğunu təyin etdi. Şübhəli şəxs yaşadığı ünvanda saxlanılıb. Sultan G.-nin ünvanında heç bir şey tapılmadığı halda, şübhəli ifadəsində "Görüntülərdəki adam mənə bənzəyir, amma mən deyiləm. Oğurluq etməmişəm" deyib. Sultan G. edilən əməliyyatlardan sonra həbs olunarkən, digər 3 şübhəlinin axtarışları davam edir.
Aysun / Demedia.az