ABŞ beynəlxalq təşkilatın 7 işçisinin Qəzzaya yardım zamanı öldüyü gün bunu edib
Beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) 7 əməkdaşının İsrail tərəfindən öldürüldüyü gün ABŞ hökumətinin Tel-Əvivə yeni hərbi yardımı təsdiqlədiyi məlum olub.
Demedi.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə günü prezident Co Bayden administrasiyasının İsrailə daha minlərlə bombanın təhvil verilməsini təsdiqlənib.
Nəşr yazır ki, ABŞ hökumətinin qanunla İsrailə hərbi yardımı çatdırılmadan əvvəl istənilən vaxt dayandırmaq səlahiyyəti var.
Bahadur Seyidov