Neft 2023-cü ildən sonra ilk dəfə bu həddə çatdı
“Brent” markalı neft 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb.
Demedia.az xəbər verir ki, beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 90,72 dollara satılır. Beləliklə, neft qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.
ABŞ dollarının digər valyutalara nisbətdə ucuzlaşması neftin qiymətinin qalxmasına kömək edir. Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir.
Bahadur Seyidov