ABŞ NATO-dan çıxır?
Amerikanın sabiq preizdenti Donald Tramp yenidən prezident olsa, ABŞ NATO-dan çıxacaq.
Demedia.az xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
“Düşünürəm ki, Tramp nəhayət deməyə çalışır: Bu gün biz alyansdan ayrılırıq. Demək olar ki, 2018-ci ildə bunu bacardı. Düşünürəm ki, bu, onun ikinci müddətinin ilk prioritetlərindən biri olacaq”, – siyasətçi deyib.
Keçmiş köməkçi vurğulayıb ki, eks-prezident alyansın büdcəsinə töhfələrin artırılması üçün avropalılarla sövdələşmə etmir:
“Donald Tramp bu məsələyə çox ciddi yanaşır. Trampın NATO-dan çıxmaq fikrindən əl çəkməsi üçün onun diqqətini başqa yerə yönəltmək lazımdır”.
Bahadur Seyidov