Səfirlik Rusiya ilə NATO arasında məlumat ötürməyə hazırdır
Rusiyanın Brüsseldəki səfirliyi Rusiya Federasiyası ilə NATO arasında məlumat ötürülməsinə açıq olduğunu bəyan edib.
Demedia.az xəbər verir ki, bunu Rusiyanın Brüsseldəki səfiri Aleksandr Tokovinin “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Tokovinin qeyd edib ki, anti-Rusiya hibrid müharibəsi kontekstində tərəflər arasında dialoqdan danışmaq çətindir.
Hazırda Rusiya ilə NATO arasında dialoqun olub-olmaması ilə bağlı suala səfir qeyd edib ki, “alyans və onun üzvləri Ukrayna ərazisində Rusiyaya qarşı hibrid müharibə apardığı bir şəraitdə hər hansı dialoqdan danışmaq çətindir”.
"Eyni zamanda, Rusiyanın Belçikadakı səfirliyi lazım gələrsə, məlumat ötürmək üçün açıq qalır", - Tokovinin vurğulayıb.
Bahadur Seyidov