Safaridə olan turistlərə fil hücum edib: Bir nəfər ölüb



 17:15 05.04.2024     256

Zambiyada 5 ton ağırlığında fil turistləri daşıyan avtomobilə hücum edib.

Demedia.az xəbər verir ki, aşan avtomobildə olan 80 yaşlı qadın dünyasını dəyişib

Turistlərin səyahət zamanı çəkdiyi videoda filin safari cipini aşkar etdiyi görünür. Daha sonra fil avtomobilə doğru qaçır. Cip yoldakı maneəyə görə dayanmalı olduqda, fil nəqliyyat vasitəsinə gəlir. Daha sonra heyvan hücum edərək avtomobili aşır.  

Turistlərin hadisə yerindən helikopterlə təxliyə edildiyi açıqlanıb.

Bahadur Seyidov