Norveç müdafiə xərclərini artırır



 23:03 05.04.2024     263

Norveç hökuməti müdafiə büdcəsini 12 ildə təxminən 56 milyard dollar artırmağı hədəfləyən büdcə planını parlamentə təqdim edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Norveç hökuməti rəsmi internet saytında müdafiə büdcəsi planı ilə bağlı bəyanat dərc edib və bunu tarixi artım kimi qiymətləndirib. Açıqlamaya görə, Norveçin baş naziri Jonas Gahr Store, müdafiə büdcəsini təxminən 56 milyard dollar (600 milyard kron) artıraraq 2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollara (1624 milyard kron) çatdırmaq istədiklərini ifadə edib.

Bahadur Seyidov