NATO Avropa təhlükəsizliyinin təməl daşıdır və bu belə qalacaq - Stoltenberq



 23:08 05.04.2024     243

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO Avropa təhlükəsizliyinin təməl daşıdır və bu belə qalacaq.

Demedia.az xəbər verir ki, “Bild” qəzetinə açıqlamasında Yens Stoltenberq Avropalı müttəfiqlərini qorumağa davam edəcəklərini ifadə edib. NATO-nun məqsədinin müharibə aparmaq olmadığını bildirən Stoltenberqin sözlərinə görə, NATO-nun məqsədi müharibənin qarşısını almaqdır.

Avropa Birliyinin orduya ehtiyacı olub-olmadığı barədə suala Stoltenberq belə cavab verib:

"Aİ-nin NATO-su var. Aİ-də yaşayan insanların 96 faizi NATO ölkəsində yaşayır. Ona görə də NATO Avropanın NATO müttəfiqlərinin müdafiəsini təmin edən bir təşkilatdır. NATO Avropanı müdafiə etmək üçün buradadır”.

Bahadur Seyidov